Direktorlar Şurasının iclası virtual keçiriləcək
MAQATE-nin direktorlar şurasının qarşıdakı iclası koronavirus pandemiyasına görə, virtual şəkildə keçiriləcək.
SəhərAzəri xəbər verir, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bir tvitter mesajında bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktorlar şurasının iclası qarşıdakı günlərdə virtual şəkildə keçiriləcək.
Ulyanov yazıb: Bu həll yolu iclasda irəli sürülən mövzular barədə dərin mübahisələr imkanı yaradır, amma onda səsvermə imkanı yoxdur, zira koronavirus pandemiyası kimi xas şərait üçün səsvermədən ötrü razılaşdırılmış formada mexanizm nəzərdə tutulmayıb və bu, BMT-nin tabeliyində olan digər orqanların da üzləşdikləri bir problemdir.
Ulyanov sonra söyləyib: BMT Baş Assambleyasında belə bir şərait üçün müvəqqəti beynəlxalq həll yolu olubdur ki, qərarlar virtual və kollektiv formalarda qəbul oluna bilinsin və fikir ayrılığının yaranacağı halda, məşvərətlər davam etmiş olsun.