ABŞ-da etirazçılara atəş açılıb
ABŞ polisi irqçiliyə qarşı aksiyaları dağıtmaq üçün rezin güllələr, bibər qazı və gözyaşardıcı qazdan əlavə elektrik tapança olan Taser adlı başqa bir silahdan da istifadə edir
SəhərAzəri Röyters-ə istinadla xəbər verir, Amerika Vətənsdaş Azadlıqları Birliyinin baş vəkili Karl Takei insanları öldürmək qabiliyyətinə malik olan Taserdən istifadə nəticəsində baş verən ölümlərdə irqi ayrı-seçkiliyin kritik həddə olduğunu bildirib.
Onun sözlərinə görə, polis zorakılığı qaradərililərin ölümünün əsas səbəbidir.
Röyters-in araşdırmalarına görə, polis qüvvələrinin bir çoxu təhlükəli vəziyyətlərlə qarşılaşmağın düzgün üsulunu öyrənə bilmirlər və adətən belə bir silah yersiz istifadə olunur.
Bu məlumata əsasən, bu cür öldürülənlərin 32 faizi qaradərililər və ən azı 29 faizi ağdərililərdirlər.
Bu elə bir haldadır ki, afroamerikalılar ABŞ cəmiyyətinin 14 faizini təşkil edirlər, cəmiyyətin 60 faizi isə Latın olmayan ağdərililərə aiddir.
2018-ci ilin sonunadək elektrik tapança ilə öldürülən insanlarla əlaqədar 1081 cinayət işi qeydə alınıb, bunların əksəriyyəti 2000-ci ildən sonra baş verib.