İyun 15, 2020 19:55 Asia/Baku
  • Roma Papası Liviyada müharibə və zorakılığa son qoymağa çağırıb

Dünya Katoliklərinin rəhbəri Papa Fransisk Liviyada müharibə və zorakılığa son qoymağa çağırıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, Papa Fransisk Liviyadakı vəziyyətdən narahatlığını ifadə edərək, bu ölkədə Milli Birlik Hökuməti və Xəlifə Həftərə bağlı olan qondarma Milli Ordunun qüvvələri arasında ardıcıl neçə gündür davam edən qarşıdurmaların kəskinləşdiyi bir halda sülhə çağırıb.

Dünya Katoliklərinin rəhbəri Papa Fransisk bir müraciət yayaraq, beynəlxalq ictimaiyyəti Liviyada sülh prosesi yaratmaq, böhranın həllinə çalışmaq və atəşkəsin bərqərar edilməsi, həmçinin liviyalı qaçqınları dəstəkləmək üçün lazımi tədbirlərin həyata keçirilməsinə çağırıb.

Roma Papası sanitariya vəziyyətinin qeyri-kafi olmasının müharibə şəraitində olan liviyalı qaçqınların vəziyyətini daha da pisləşdirdiyini və müxtəlif növ sui-istifadə və zorakılıq qarşısında daha da həssas etdiyini söyləyib.

Son günlər Tripolinin yaxınlığında Xəlifə Həftərə bağlı qüvvələr və Milli Birlik Hökuməti qüvvələri arasında toqquşmalar şiddətlənib.

Milli Birlik Hökumətinin tərəfdarları Xəlifə Həftərin qüvvələrini Tripolinin ətrafından qovmağa müvəffəq olublar.

Həftər qüvvələri Ərəbistan, BƏƏ, Misir və Fransa tərəfindən dəstəklənir. Eyni zamanda Türkiyə, Qətər, Əl-Cəzair, İtaliya və Avropa Birliyi də Faiz Əl-Seracın başçılıq etdiyi Milli Birlik Hökumətini dəstəkləyirlər. Bu qüvvələr Liviyanın qərbində yerləşib və BMT tərəfindən rəsmiyyətə tanınıblar

 

Teqlər