Şimali Koreya ilə Cənubi Koreya sərhədində partlayış olub
İyun 16, 2020 13:38 Asia/Baku
Şimali Koreyanın Keson şəhərinin sərhədyanı sənaye kompleksinin yaxınlığında partlayış baş verib.
SaharAzeri YJC-ə istinadla xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Yonhap” agentliyinin hərbi mənbəsi yayıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyi vurğulayıb ki, Şimali Koreya hakimiyyəti Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partladıb.
Şimali Koreya hökuməti hələlik partlayışla bağlı heç bir rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Keson şəhəri Cənubi Koreya ilə Şimali Koreya arasındakı sərhəddə yerləşir.