Seul: Pxenyanın məntiqsiz rəftarlarını qəbul etməyəcəyik
Seul bir bəyanatda bildirib ki, Pxenyanın Cənubi Koreya prezidentinin çıxışını tənqid etməsi mənasızdır və bu ölkə daha Şimali Koreyanın ağılsız rəftarını qəbul etməyəcək.
SəhərAzəri xəbər verir, Cənubi Koreya prezident aparatının sözçüsü Yon Do Han sonra deyib: Şimali Koreyanın rəhbəri Kim Çen In-ın bacısı Kim Yo Çjonun Cənubi Koreya prezidenti Mun Çje İn-in çıxışına qarşı tənqidləri son dərəcə həyasız və axmaqcasına bir hərəkət idi və ümumiyyətlə iki ölkə rəhbərləri arasındakı etimada xələl gətirib.
Seulun reaksiyası Şimali Koreyanın iki ölkə sərhədində yerləşən iki Koreya arasındakı koordinasiya əlaqələri ofisini partlatması və Seul ilə bütün əlaqələrini kəsməsindən sonra göstərilibdir.
İki Koreya arasında gərginlik Cənubi Koreya sərhədində adətən balon ilə həyata keçirilən Şimali Koreyaya qarşı təbliğatın yayılmasından sonra şiddətlənibdir.