İyun 21, 2020 16:40 Asia/Baku
  • Simali Koreya cənub qonşusuna qarşı qisas tədbirlərini davam etdirir

Şimali Koreya sərhəd bölgəsində Cənubi Koreyaya qarşı təbliğat vərəqələri paylamaqdan vaz keçmir.

SəhərAzəri İsna-ya istinadla xəbər verir, Şimali Koreya rəsmi Pxenyanın təbliğat vərəqələrinin paylanmasından sonra iki Koreya arasında razılaşmanın pozulduğunu anlayaraq, Cənubi Koreyaya qarşı kəşfiyyat kompaniyası aparmaq məqsədilə gecə vərəqələri hazırladığını və bu planında dəyişiklik yaratmaq niyyətində olmadığını elan edib.

Son neçə gündə Şimali Koreya Cənubi Koreyanı Pxenyana qarşı təbliğat vərəgələrinin paylanmasına mane ola bilmədiyi və ortaq sərhəddə sülh prosesini dəstəkləməkdə nakam qaldığı üçün qınayıb.

Xatırladaq ki, Cənubi Koreyadakı bəzi özəl qruplar Şimali Koreyaya cənub sərdəddi vasitəsilə hökumət əleyhinə  vərəqələr göndərərək, uzun müddətli kompaniyaya başlayıblar. Bu vərəqələrdə Şimali Koreya lideri Kim Çen İnin siyasətləri tənqid olunurdu. Buna reaksiya olaraq, Şimali Koreyanın Cənub qonşusu ilə bütün əlaqələrini kəsməsi və Keson sərhəd şəhərində koreyalararası rabitə ofisini partlatması fonunda iki ölkə arasında gərginlik artıbdır.

Teqlər