İyun 22, 2020 15:53 Asia/Baku
  • Hollandiyada anti-karantin aksiyasında 400 nəfər həbs olunub

Hollandiyanın təhlükəsilzik və polis qüvvələri koronavirus pandemiyası ilə bağlı qanunlar və məhdudiyyətlərə etiraz edənlərə hücum edərək, təqribən 400 nəfəri həbs ediblər.

SəhərAzəri xəbər verir ki, 

Hollandiya xalqından müxtəlif qruplar bazar günü küçələrə çıxıb. Onlar hökumətin koronavirus xəstəliyi ilə bağlı qanunlar və məhdudiyyətlərin tətbiq edilməsinin davam etməsi üzrə qərarlarına qarşı aksiya keçiriblər.

Hollandiya polisi bildiribdir ki, Haaqa şəhərində bir neçə min nəfər hökumət tərəfindən tətbiq olunan məhduduiyyətlərə etiraz edib.

Hollandiya hökuməti koronavirus pandemiyası nəticəsində yaranmış böhrana görə, bu ölkədə hər cür nümayiş və ya yürüşü qadağan edibdir.

Bu etirazları əks etdirən foto-şəkillər göstərir ki, Hollandiyanın polis qüvvələri etirazçıları dağıtmaq üçün su şırnaqlarından və dəyənəkdən istifadə ediblər.

Teqlər