İyun 24, 2020 08:01 Asia/Baku
  • İtaliyada koronavirusdan sutkalıq ən az ölüm faktı qeydə alınıb

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı sutka ərzində 18 nəfər artıb və ümumilikdə 34 675-ə çatıb.

SəhərAzəri - APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, hazırkı göstərici fevralın sonlarından bəri İtaliyada ən aşağı göstəricidir. Bundan bir gün əvvəl 23 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi. Ölkədə sutkalıq ən yüksək ölüm göstəricisi martın sonunda qeydə alınmışdı – 969 nəfər.

 

İtaliyada koronavirusa yoluxma üzrə sutkalıq artım 122 nəfər olub, onlardan 62 nəfəri ölkədə virusun episentri olan şimali Lombardiyada qeydə alınıb. Hazırda 20 mindən az italiyalı xəstəlikdən müalicə olunur.

Epidemiyanın əvvəlindən bəri İtaliyada 184 585 nəfər müalicə olunaraq sağalıb. Hazırda 120-dək insan intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 238 833 nəfərdir.

 

Teqlər