ABŞ prezidenti irqçiliyə qarşı etiraz edənlərə münasibət bildirib
İyun 24, 2020 14:19 Asia/Baku
ABŞ prezidenti bir daha irqçiliyə qarşı etiraz edənləri radikal solçu qruplar adlandırıb.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir, ABŞ prezidenti Donald Tramp dünən Arizona ştatının Finiks şəhərində seçki kampaniyası zamanı anti-rasizm aksiyalarına işarə edərək, deyib: "Radikal solçu bu ölkə tarixinə nifrət edir".
"Sol cinahın lobbiləri ABŞ mirasını dağıtmaq istəyirlər", -deyə D.Tramp əlavə edib.
Onun sözlərinə görə, sol cinah ədalətin yüksəlişi, bərabərlik və ya repressiya edilənlərı qaldırmaq üçün çalışmır, onların yalnız bir məqsədi vardır; onlar öz siyasi güclərini istənilən yolla artırmaq istəyirlər.