Qırğızıstanın sabiq prezidentinə həbs cəzası verilib
İyun 24, 2020 15:32 Asia/Baku
Qırğızıstan məhkəməsi bu ölkənin sabiq prezidentini 11 il müddətinə azadlıqdan məhrum edib.
SəhərAzəri xəbər verir, Almazbek Atambayevə verilən həbs cəzası 2013-cü ildə yerli bir cinayətkar dəstənin lideri olan Aziz Batukayevin qeyri-qanuni olaraq, sərbəst buraxılması ilə əlaqədardır.
Atambayev 2019-cu ildə özünün Kaytaş kəndindəki iqamətgahında Milli Təhlükəsizlik Komitəsi tərfindən yaxalanıb.
Aziz Batukayev 2013-cü ildə müalicəsi olmayan bir xəstəliyə dair sənədlər əsasında azadlığa buraxılıb. Lakin sonralar tibbi sənədlərin saxta olduğu üzə çıxıb. Bu iş üzrə tədqiqatlar 2019-cu ilin yaz fəslində Atambayevin toxunulmazlığı ləğv ediləndən sonra yenidən başlanıb.