Beynəlxalq Amnestiya təşkilatı koronavirus dönəmində Avropa polisinin zorakılığı haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i363680-beynəlxalq_amnestiya_təşkilatı_koronavirus_dönəmində_avropa_polisinin_zorakılığı_haqda_xəbərdarlıq_edib
Beynəlxalq Amnestiya təşkilatı koronavirus böhranı dönəmində 12 Avropa ölkəsində polis zorakılığı haqda xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2020 15:49 Asia/Baku
  • Beynəlxalq Amnestiya təşkilatı koronavirus dönəmində Avropa polisinin zorakılığı haqda xəbərdarlıq edib

Beynəlxalq Amnestiya təşkilatı koronavirus böhranı dönəmində 12 Avropa ölkəsində polis zorakılığı haqda xəbərdarlıq edib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir, Beynəlxalq Amnestiya Təşkilatı- BAT bu gün bir hesabat yayaraq, elan edib ki, 12 Avropa ölkəsində koronavirusla bağlı karantin rejiminin tətbiq edilməsindən sonra polis qüvvələri irqi azlıqlar və şəhər ətrafında yaşayanları kobud şəkildə zorakılıq və sui-istifadəyə məruz qoyublar.

BAT Avropa İttifaqından əldə etdiyi faktlar və sənədlərə əsasən, vurğulayıb ki, kasıb bölgələr və irqi azlıqlara aid qruplar daha çox polis zorakılığına məruz qalıblar.

Bu beynəlxalq qurumun məlumatına görə, İspaniya və Fransadan yayımlanan video görüntülərdə polis zabitləri afrikalı vətəndaşları döyərkən göstərilib.