İyun 29, 2020 06:32 Asia/Baku

Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb

SəhərAzəri Sputnik-ə istinadla xəbər verir, Kenterberi arxiyepiskopu Castin Uelbi İsa Məsihin ağ deyil, qara dərili olduğunu iddia edib və onun Yaxın şərqli olduğunu unutmamağa çağırıb.

Kenterberi arxiyepiskopu Castin Uelbi İsa Məsihin ağ olmadığını söyləyib. O, bu barədə Twitter-dəki səhifəsində yazıb.

"İsa Yaxın Şərqdən idi, ağ deyildi. Bunu xatırlamağımız vacibdir", - deyə Anqlikan kilsəsinin ruhani lideri çağırış edib. O, həmçinin öz postunda bütün dünyaya qaradərili Məsihin "sevimli şəkillər"ni yayıb.

Əvvəllər Black Lives Matter Hərəkatının fəalı və keçmiş pastor Şon Kinq İsa Məsihin Avropa heykəllərini yıxmağa çağırmışdı. Onun sözlərinə görə, ağ dərili Məsih ağ irqin üstünlüyünü əks etdirir. Lakin, bir çoxları qeyd edirlər ki, hər bir millət İsa Məsihi özünə bənzədərək təsvir edir.

Teqlər