9 “Taliban” yaraqlısı öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i363871-9_taliban_yaraqlısı_öldürülüb
Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb, 5-i yaralanıb. 
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2020 02:25 Asia/Baku
  •  9 “Taliban” yaraqlısı öldürülüb

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb, 5-i yaralanıb. 

SəhərAzəri APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, bunu əyalət polis qüvvələrinin Mətbuat katibi Hayatullah Nizami Əhmadzai bildirib.

Onun sözlərinə görə, toqquşmalar yaraqlılar əyalətin Patan rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum etməsindən sonra baş verib.

“Taliban” hələlik hücumla bağlı hər hansı bir açıqlama verməyib.