Rusiyada ümumxalq səsverməsinin ilkin nəticələri açıqlanıb
İyul 01, 2020 19:34 Asia/Baku
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə konstitusiyaya düzəlişlərlə bağlı keçirilən ümumxalq səsverməsinin ilkin nəticələrini açıqlayıb.
SaharAzeri APA-ya istinadla xəbər verir, bülletenlərin artıq 0,79 faizi sayılıb.
Sayılan bülletenlərin nəticələrinə görə, seçicilərin 72,92 faizi Rusiyanın əsas qanununa təklif olunan düzəlişlərin lehinə, 25,84 faizi isə əleyhinə səs verib.