73%, Rusiya konstitusiyasına düzəlişin tərəfdarıdır
İyul 02, 2020 08:38 Asia/Baku
Rusiya mərkəzi seçki komissiyası bildirib ki, səslərin 25 faizinin sayılması ilə 73,20 faiz, Rusiya prezidenti Vladimir Putinin bu ölkənin əsas qanunu üçün təklif etdiyi islahatları himayə edib.
SaharAzeri xəbər verir, Rusiya mərkəzi seçki komissiyası həmçinin bildirib: Rusiya konstitusiyasına düzəliş ilə bağlı keçirilən referendumun iştirakçılarının 25.84 faizi onun əleyhinə səs veribdir.
Rusiya konstitusiyasına düzəliş üzrə referendum bu gün Tehran vaxtı ilə saat 22-30 dəqiqədə başa çatacaq.
Rusiya əsas qanununda islahata əsasən, parlamentin ixtiyarları artırılacaq, həmçinin Putin Rusiya prezidenti kimi 2036-cı ilədək hakimiyyətdə qala biləcək.