İyul 02, 2020 19:12 Asia/Baku
  • Rusiyada referendumun rəsmi nəticələri açıqlanıb

Rusiya Mərkəzi Seçki Komissiyası ötən gün keçirilmiş Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun rəsmi nəticələrini açıqlayıb.

SaharAzeri Trend-ə istinadla xəbər verir, bütün protokollar sayılıb. Yekunda seçicilərin 77,92 faizi dəyişikliklərin lehinə səs verib.

Səsvermədə seçici fəallığı 65 faiz təşkil edib.

Qeyd edək ki, referendum aprelin 22-də keçirilməli idi, lakin koronavirus pandemiyası ilə əlaqədar səsvermə təxirə salınmışdı. İyunun 25-dən 30-dək etibarən səsvermə onlayn keçirilib.

Konstitusiyaya dəyişikliklərdə Rusiya qanunvericiliyinin beynəlxalq qanunvericilik üzərində üstünlüyü, Rusiya xalqı və tanrı barədə anlayışlara düzəlişlər, eləcə də hazırkı ölkə Prezidentinin növbəti müddətə seçilmək imkanı nəzərdə tutulur.

Teqlər