Myanmarda torpaq sürüşməsi nəticəsində 166 nəfər həyatını itirib
https://azeri.sahartv.ir/news/dünya-i364114-myanmarda_torpaq_sürüşməsi_nəticəsində_166_nəfər_həyatını_itirib
Myanmar rəsmiləri nefrit şaxtasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 166-ya yüksəldiyindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2020 05:12 Asia/Baku
  • Myanmarda torpaq sürüşməsi nəticəsində 166 nəfər həyatını itirib

Myanmar rəsmiləri nefrit şaxtasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayının 166-ya yüksəldiyindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Myanmarın Yanğından Mühafizə Departamenti Kaçin ştatında nefrit çıxarılan şaxtada torpaq sürüşməsi nəticəsində yaranan palçığının altından daha dörd cəsədin tapılması ilə bu hadisədə ölənlərin sayının 166-ya çatdığını açıqlayıb. 

Myanmar nefrit resursları baxımından dünyada birincidir və Çin nefritin ən böyük müştərilərindən biridir. 

Myanmanın Kaçin əyalətində nefrit çıxarılan mədənin yaxınlığında böyük həcmdə mədən tullantılarının bir gölə sürüşməsi nəticəsində böyük palçıq dalğası yaranıb və bu mədəndə qazıntı işləri aparan mədənçiləri öz altında dəfn edib.

Nefrit dünyada ən baha dekorativ daşlardan biridir.