Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i364158-yaponiyada_daşqınlar_nəticəsində_azı_18_nəfər_həlak_olub
Yaponiyanın cənub-qərbində leysan yağışların səbəb olduğu çay daşqınları, torpaq sürüşmələri və geniş əraziləri su basması nəticəsində azı 18 nəfər həlak olub, daha 7 nəfər itkin düşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2020 07:10 Asia/Baku
  • Yaponiyada daşqınlar nəticəsində azı 18 nəfər həlak olub

Yaponiyanın cənub-qərbində leysan yağışların səbəb olduğu çay daşqınları, torpaq sürüşmələri və geniş əraziləri su basması nəticəsində azı 18 nəfər həlak olub, daha 7 nəfər itkin düşüb.

SəhərAzəri Report-a istinadla xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Qeyd edilir ki, daha bir nəfər xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, ölənlərin əksəriyyəti çay daşqınına görə batan Kumamura (Kumamoto prefekturası) qəsəbəsindəki qocaların evinin sakinləridir. Hadisə yerinə gələn xilasedicilər 14 insanın meyitini çıxara biliblər.