ABŞ-ın Kaliforniyadakı Dəniz Qoşunları bazasında atışma
ABŞ-ın Dəniz Qoşunlarının mətbuat xidməti Çərşənbə axşamı Kaliforniyadakı dəniz bazasında atışma haqqında yayılan xəbərlərin araşdırdığını söyləyib.
SəhərAzəri xəbər verir, ABŞ Dəniz Qüvvələrinə məxsus "Twitter" səhifəsində yazıb, Hərbi polis səhər saat 6: 30-da atışma barədə xəbəri ciddi qəbul edib və ərazidə təhlükəsizlik kəməri qurub.
Tvitdə həmçinin deyilir: Hazırda Şübhəlinin həbsdə olub olmadığını dəqiq bir şəkildə söyləmək mümkün deyil.
Tvitdə itkilər barədə əlavə məlumat verilməyib.
“29 Palms” bazası Los-Ancelesdən 201 km şərqdə yerləşir.
Sputnik də xəbər verir ki, naməlum silahlı şəxs ABŞ-ın Kaliforniyadakı hərbi bazasına atəş açıb.
Həmin baza ABŞ-dakı ən böyük dəniz bazasıdır və onda təxminən 10.000 hərbçi yerləşir.
Ötən ilin dekabrında da Florida ştatındakı hava bazasında atışma baş vermiş, nəticədə 4 nəfər ölmüşdü.