İndoneziyada COVID-19 ilə bağlı rekord qeydə alındı
https://azeri.sahartv.ir/news/dünya-i364357-İndoneziyada_covid_19_ilə_bağlı_rekord_qeydə_alındı
İndoneziyada son sutka ərzində 2 657 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da epidemiyanın başlamasından bəri ilk dəfə gündəlik artım 2 mindən çox olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2020 13:16 Asia/Baku
  • İndoneziyada COVID-19 ilə bağlı rekord qeydə alındı

İndoneziyada son sutka ərzində 2 657 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da epidemiyanın başlamasından bəri ilk dəfə gündəlik artım 2 mindən çox olub.

SəhərAzəri - “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə COVID-19 xəstələrinin ümumi sayı 70 736 nəfərə çatıb. 32 mindən çox insan virusdan sağalıbsa, 3 417 nəfər (son gündə 58 nəfər) ondan ölüb.