Seul merinin cəsədi tapıldı
https://azeri.sahartv.ir/news/dünya-i364363-seul_merinin_cəsədi_tapıldı
Cənubi Koreyanın paytaxtının polisi Seul merinin yoxa çıxması barədə xəbərlərdən sonar onun cəsədinin tapılması barədə məlumat verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2020 15:50 Asia/Baku
  • Seul merinin cəsədi tapıldı

Cənubi Koreyanın paytaxtının polisi Seul merinin yoxa çıxması barədə xəbərlərdən sonar onun cəsədinin tapılması barədə məlumat verib.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir, Cənubi Koreyanın paytaxtı Seul polisi, şəhər merinin cəsədinin tapıldığını bildirb.
Cənubi Koreya mediası cümə axşamı Seul polisinə istinadən "Park von Sun"-un cəsədinin tapıldığını bildirib.
Seul polisi, cümə axşamı səhər Park von Sun-un qızının polisə zəng etdiyini və atasının itkin düşdüyünü bildirdiyini xəbər vermişdi.

Digər tərəfdən, Seul Şəhəri Bələdiyyəsi rəsmiləri də, Park von Sun-un cümə axşamı işə gəlmədiyini bildirmişdilər.
Cənubi Koreya prezidenti Moon Jae-in partiyasının üzvü olan Park von-Sun 2011-ci ildən Seulun meri seçildi və bu yaxınlarda 2022-ci il prezident seçkilərində iştirak edəcəyini açıqlamışdı.