İyul 11, 2020 13:42 Asia/Baku
  • Bolton:

Ağ Evin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri bir daha ABŞ prezidentini problemlər qarşısında yetərsiz idarəçilikdə günahlandıraraq, onun dünyanın görkəmli liderlərinə paxıllıq etdiyini açıqlayıb.

SəhərAzəri xəbər verir, Con Bolton cümə günü yayımlanan "Doyçe Velle" telekanalına verdiyi müsahibədə, ABŞ prezidenti Donald Trampın xarakterindəki psixoloji çatışmazlıqlara toxunaraq, onun Çin prezidenti Şi Tsinpin və Rusiya prezidenti Vladimir Putin kimi nüfuzlu liderlərə paxıllıq etdiyini söyləyib.

Bolton bu müsahibədə Trampın özü və yaxınlarının iddia etdiyinin əksinə olaraq, ABŞ-ın təhlükəsizlik məsələlərindən xəbərsiz olduğunu və sənədlər və məruzələri mütaliə etməylə daha yaxşı və daha çox məlumat əldə etməyə hazır olmadığını vurğulayıb.

Ağ Evin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri deyib: "Tramp hər zaman əməkdaşlarına şöbhə ilə yanaşıb və Ağ Evdə tərəfdaşlıq atmosferi yaratmaqdan acizdir".

Boltonun dediyinə əsasən, Tramp hələ də ABŞ prezidenti olmağın nə dərəcədə əhəmiyyətli və ağır olduğunu dərk etməyib.

ABŞ-ın növbəti prezident seçkilərinə təkcə dörd ay qaldığı bir halda Tramp bir çox problemlər ilə əhatə edilib və onun hakimiyyətindən narazılıq hətta Respublikaçlar Partiyasındakı keçmiş tərəfdarları arasında da artıbdır.

Teqlər