İyul 11, 2020 14:46 Asia/Baku
  • Tramp ölkəsinin Rusiyaya qarşı kiber hücum həyata keçirdiyini etiraf edib

ABŞ prezidenti onun hakimiyyəti dövründə Vaşinqtonun Moskvaya qarşı kiber hücum həyata keçirdiyini etiraf edib.

SəhərAzəri CNN telekanalına istinadla xəbər verir, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun 2018-ci ildə Rusiyanın İnternet Araşdırmaları Agentliyinə qarşı yüngül bir kiber hücum həyata keçirdiyini vurğulayıb.

Tramp Rusiyaya qarşı bu kiber hücumun, onun birbaşa göstərişi ilə həyata keçirildiyini etiraf edib.

ABŞ prezidenti, həmçinin Rusiya mövqelərinə kiber hücumun bu ölkə ilə geniş qarşıdurma siyasətinin tərkib hissəsi olduğunu etiraf edib.

Bu amerikan xəbər kanalı Rusiyanın İnternet Araşdırmaları Agentliyinin 2016-cı ildə keçirilən prezident seçkiləri və 2018-ci ildə keçirilən ABŞ konqresinin ara seçkilərində müdaxilə etmək üçün zəmin yaratmaqda şübhəli bilindiyini iddia edib.

Bu elə bir haldadır ki, Rusiyanın hökumət rəsmiləri hər zaman ABŞ seçkilərinə müdaxilə etmək ilə bağlı ABŞ rəsmiləri tərəfindən irəli sürülən ittihamları rədd edib və onu yalanlayıblar. 

Teqlər