İyul 12, 2020 08:51 Asia/Baku
  • ABŞ və NATO Əfqanıstandan narkomaddələr qaçaqmalçılığında ittiham olunurlar

Rusiyanın xarici işlər naziri Amerika və NATO-nu Əfqanıstandan narkomaddələr qaçaqmalçılığında ittiham edib.

SəhərAzeri xəbər verir, Sergey Lavrov deyib: Əfqanıstandan Avropa ölkələri kimi digər ölkələrə narkotik maddələr qaçaqmalçılığı mütəşəkkil formada həyata keçirilməkdədir və bu məqsədlə NATO-nun təyyarələrindən istifadə olunur.

Rusiyanın xarici işlər naziri sonra söyləyib: Yalnız kəşfiyyat xidmətlərinin işçiləri NATO-nun hərbi təyyarələrindən istifadə edə bilərlər və ilk növbədə Amerika bu təəssüf doğuran vəziyyət barədə təhqiqat aparmalıdır.

Lavrov həmçinin deyib: Qonşu ölkədə, Əfqanıstanda da bu barədə təhqiqat başlanmalıdır, zira Amerikanın və bu ölkənin başçılığı altında olan koalisiyaya üzv digər ölkələrin Əfqanıstandakı 20 il iştirakı müddətində bu ölkədən narkotik maddələr qaçaqmalçılığı bir neçə dəfə artıbdır.

Rusiyanın xarici işlər naziri söyləyib: Amerika və Əfqanıstandakı NATO-ya üzv digər ölkələr bu ölkədən narkotik maddələr qaçaqmalçılığı ilə heç bir mübarizə aparmayıblar.

Rusiyanın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zəmir Kabulov son zamanlar bildiribdir ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin narkotik maddələr qaçaqmalçılığında rolu var.

Amerikanın Əfqanıstandakı hərbi iştirakının davam etməsilə bu ölkədə səbatsızlıq və narkotik maddələr qaçaqmalçılığı bir neçə dəfə artıbdır.

 

Teqlər