İyul 13, 2020 12:06 Asia/Baku
  • Qazaxıstan və Özbəkistanda koronavirusa yoluxanların sayı artıbdır

Qazaxıstan və Özbəkistanda həm koronavirusa yoluxma həm də bu virusdan ölüm hallarında artım qeydə alınıb.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, Özbəkistanın Səhiyyə Nazirliyi bu ölkədə son 24 saat ərzində koronavirusa yeni yoluxma hallarının artdığından xəbər verib. 

Özbəkistanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyədək bu ölkədə ümumilikdə 12 min 706 nəfər koronavirusa yoluxub, 7 min 723 nəfər bu virusdan sağalıb, 58 xəstə isə vəfat edib.

Bu məlumata əsasən, hazırda 4 925 koronavirus xəstəsi xəstəxanalarda müalicə alır.

Qazaxıstanda da koronavirusa yoluxanların sayında artım qeydə alınıb.

Qazaxıstan prezidenti koronavirusla mübarizə üçün ölkə büdcəsindən 365 milyon dolların ayrıldığından xəbər verib.

Qazaxıstanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu ölkədə ümumilikdə 54 min 747 nəfər koronavirusa yoluxub, 31 min 815 nəfər bu virusdan sağalıb, 280 nəfər isə həyatını itirib.

Teqlər