Andjey Duda yenidən Polşanın prezidenti seçilib
İyulun 12-də Polşada prezident seçkilərinin ikinci turunun nəticələri bəlli olub. Beləliklə, növbəti 5 il üçün ölkəyə yenidən Andjey Duda rəhbərlik edəcək.
SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, seçkilərin ikinci turunda Varşavanın meri Rafal Tşaskovski ilə təkbətək mübarizə aparan Andjey Duda seçici səslərinin 51,21 faizini toplayaraq rəqibini (48,79 faiz) cüzi fərqlə üstələyib. Polşanın Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasında bildirilir ki, artıq məntəqələr üzrə səslərin 99 faizi hesablanıb və bundan sonra hansısa bir dəyişikliyin olması mümkün deyil.
Polşanın yeni prezidenti mühafizəkar siyasəti ilə xalqın böyük əksəriyyətinin rəğbətini qazanan Andjey Duda 48 yaşındadır və ölkənin hakim partiyası olan “Hüquq və Ədalət”i təmsil edir.