Fransada Nant kilsəsində yanğın baş verib
https://azeri.sahartv.ir/news/dünya-i364795-fransada_nant_kilsəsində_yanğın_baş_verib
Fransada Nant kilsəsi bu gün səhər yanğına məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2020 12:32 Asia/Baku
  • Fransada Nant kilsəsində yanğın baş verib

Fransada Nant kilsəsi bu gün səhər yanğına məruz qalıb.

SəhərAzəri xəbər verir, Fransa yanğın, yardım və xilasetmə əməliyyatı mərkəzi bildirib ki, Luar-Atlantik bölgəsinin yanğınsöndürənləri Nant şəhərinin "Saint Pierre and Saint Paul" kilsəsində yanğının elan olunmasından sonra hadisə yerinə göndəriliblər.

Polis qüvvələri də hadisə yerinə gəliblər və məkan bu qüvvələrin mühasirəsinə keçib. İndiyədək hadisə barədə artıq detallar verilməyibdir.

Bu, ötən il yarım ərzində Fransa kilsələrində baş verən ikinci hadisədir.

Belə ki, Parisdəki “Notterdam” kilsəsi 2019-cu il aprelin 15-də ciddi yanğına məruz qaldı və demək olar ki, dağıldı.