ABŞ-da son 17 ildə üçüncü dəfə federal səviyyədə edam cəzası icra olunub
https://azeri.sahartv.ir/news/dünya-i364808-abŞ_da_son_17_ildə_üçüncü_dəfə_federal_səviyyədə_edam_cəzası_icra_olunub
ABŞ-da son17 il ərzində federal səviyyədə ölüm cəzasına məhkum olunan üçüncü cinayətkar edam edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 18, 2020 17:41 Asia/Baku
  • ABŞ-da son 17 ildə üçüncü dəfə federal səviyyədə edam cəzası icra olunub

ABŞ-da son17 il ərzində federal səviyyədə ölüm cəzasına məhkum olunan üçüncü cinayətkar edam edilib.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Associated Press agentliyinin cümə günü yaydığı məlumata görə, hökm İndiana ştatının Terre-Hot şəhərində yerləşən həbsxanada öldürücü inyeksiya vasitəsilə icra edilib.

Əlli iki yaşlı Dastin Honken Ayova ştatında metamfetamin istehsalı və satışı üzrə cinayətkar qruplaşma təşkil etmək, həmçinin aralarında iki qız uşağı olmaqla, beş nəfəri qətlə yetirmək ittihamı ilə 2005-ci ildə ölüm cəzasına məhkum edilmişdi.

Agentlik, həmçinin bildirir ki, üç nəfərin qətlində təqsirləndirilən Deniel Lüis Li iyulun 14-də, bir sıra ağır cinayətlər, o cümlədən iki qətl törətdiyinə görə ölüm cəzasına məhkum olunmuş Uesli Ayr Perki iyulun 16-da edam olunub.

Buna qədər ABŞ federal hakimiyyəti sonuncu dəfə edam cəzasını 2003-cü ildə icra etmişdi. Həmin vaxtdan öldürücü inyeksiyanın tətbiqi qaydaları barədə razılıq əldə olunmadığı üçün onun istifadəsinə qeyri-formal moratorium qoyulmuşdu.