İyul 21, 2020 13:43 Asia/Baku
  • Seul kosmosa ilk hərbi peyk göndərib

reya yarımadasında gərginliklərin artması və ABŞ-ın bölgədəki avantüraları ilə bir zamanda Cənubi Koreya Amerikanın Florida ştatından kosmosa ilk hərbi peyk göndərib.

SəhərAzəri xəbər verir, Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirib ki, bu gün bu ölkənin ilk hərbi peyki Amerikanın «Keyp-Kanavaral» aviabazasından kosmosa buraxılıb.

Cənubi Koreyanın «ANASİS-2» tipli bu rabitə peykinin hərbi bir layihə olmasına görə, barəsində cüzi məlumatlar verilibdir. Bu hərbi peyk Koreya yarımadasındakı hərbi fəaliyyətləri izləməlidir.

Belə bir halda, Şimali Koreya son aylar dəfələrlə Amerikanın və onun Cənubi Koreya və Yaponiya kimi müttəfiqlərinin bölgədəki hərbi fəaliyyətlərinin nəticələri barədə xəbərdarlıq edibdir.

Amerika «Şimali Koreyanın təhdidi» adlandırdığı məsələ ilə mübarizə üçün Cənubi Koreyada 28 min 500 hərbi qüvvə yerləşdiribdir.

İki Koreyanın 1953-cü ildəki müharibəsi bir atəşkəs razılaşması ilə başa çatdı, amma indiyədək iki tərəf arasında heç bir sülh müqaviləsi bağlanmayıbdır.

Teqlər