ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var
https://azeri.sahartv.ir/news/dünya-i365132-abŞ_da_təyyarə_evə_düşdü_ölənlər_və_xəsarət_alanlar_var
ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2020 03:45 Asia/Baku
  • ABŞ-da təyyarə evə düşdü, ölənlər və xəsarət alanlar var

ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, hadisə Yuta ştatının Uest-Cordan şəhərində baş verib.  

Polis nümayəndəsi Cennifer Uorten bildirib ki, “Piper 32” təyyarəsi yaşayıv evinə düşüb. Hadisə zamanı təyyarədə 6 nəfər olub. Onlardan bir neçəsi xəsarət alıb. Hadisə zamanı habelə ölənlərin də olduğu güman edilir.   

Polis nümayəndəsinin sözlərinə görə, bu zaman evdə 1 nəfər olub. Qəza zamanı yanğın hadisəsi baş verib.

Hadisə nəticəsində 3 evə ziyan dəyib.