Şimali Koreyada fövqəladə vəziyyət elan olunub
İyul 26, 2020 08:23 Asia/Baku
Şimali Koreyanın rəhbəri koronavirus epidemiyası ilə mübarizə istiqamətində bu ölkədə fövqəladə vəziyyət elan edib.
SəhərAzəri xəbər verir, Kim Çen In Şimali Koreyanın nazirlər kabinetinin iclasında koronavirusla mübarizə şəraitini araşdırıb. O, COVID-19-la mübarizə üçün ölkədə fövqəladə vəziyyətin bərqərar olunması haqda göstəriş verib.
Rəsmi Pxenyan bildirir ki, Şimali Koreyada koronavirusun yayılmasının amili son zamanlar Cənubi Koreyadan ölkəyə qayıtmış fərari yerli bir vətəndaşdır.
Şimali Koreyanın rəhbəri həmçinin göstəriş veribdir ki, koronavirusa yoluxmuş bu şəxsin olduğu Keson şəhəri karantinə salınsın.
Rəsmi Pxenyan bundan öncə iddia edirdi ki, Şimali Koreyada koronavirusa yoluxma barədə heç bir məlumat yayılmayıbdır.