İyul 26, 2020 09:26 Asia/Baku
  • Malayziyada ən iri zəhərli yük aşkar edilib

Malayziyanın ekologiya naziri bu ölkədə ən iri zəhərli yükün aşkar edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Malayziyanın ekologiya naziri bu 1864 tonluq yükün aşkar edilməsini həmin ölkənin tarixində öz növündə ən böyük kəşf adlandırıb.

Bu yük, polad istehsalında istifadə olunan təhlkəli qurğuşun və xromdan ibarətdir.

O, sonra deyib: Biz sink tullantıları adı altında Rumıniyadan Malayziyaya daxil edilmiş bu təhlükəli yükü dərhal həmin ölkəyə qaytardıq.

Malayziyanın ekologiya naziri həmçinin ölkəsinin belə bir təhlükəli yükün Malayziyaya göndərilməsinin qanuni surətdə izlənilməsi və Rumınyanın bu məsələdə güddüyü məqsəd barəsində təhqiqatın aparılması üçün İNTERPOL-a müraciət etməsindən xəbər verib.

Bazel konvensiyası da Malayziyada aşkar edilmiş bu iri yükü təsnifata ayrılmış zəhərli tullantılar elan edibdir.

Malayziya Bazel konvensiyasını imzalayan tərəflərdən biri kimi, ötən milad ayında 450 ton plastik zibili İngiltərə, Kanada, Amerika Birləşmiş Ştatları, Yaponiya və Hollandiyaya geri qaytardı.

187 ölkə, o sıradan Malayziya zibillərin məsuliyyətsizcəsinə basdırılması məhdudiyyəti üçün plastik kütləni Bazel konvensiyasının zibillər siyahısına əlavə edibdir.

Bazel konvensiyası yeganə beynəlxalq mərkəzdir ki, elə həmin adda olan müahidəyə əsasən, təhlükəli maddələrin bir ölkədən digər bir ölkəyə köçürülməsinə nəzarət və onunla bağlı qanunlar tətbiq edir.

Amerika Birləşmiş Ştatları və Haiti Bazel konvensiyasını imzalamayan iki ölkədir.

Teqlər