İyul 26, 2020 13:01 Asia/Baku
  • ABŞ Cənubi Çin dənizi məsələlərinə qarışır

ABŞ-ın dövlət katibi müdaxilə mahiyyətli bir ifadədə iddia edibdir ki, Cənubi Çin dənizi Çinə aid deyildir.

SəhərAzəri xəbər verir, Mayk Pompeo bu gün səhər tezdən bir tvitter mesajında yazıb: Cənubi Çin dənizi Çin dəniz imperiyasına aid deyildir.

Pompeo sonra yazıb: Cənubi Çin dənizi barədəki ixtilaflar beynəlxalq qanunlar yolu ilə həll edilməlidir.

ABŞ-ın dövlət katibi son həftələr ərzində Çinə qarşı ədavəti və düşmənçiliyini daha çox büruzə verib və Çinlə mübarizə aparmaq üçün yeni beynəlxalq koalisiyanın yaradılmasını istəyibdir.

Çin xarici işlər naziri «Van İ» də Amerikanın Cənubi Çin dənizi məsələlərinə qarışmasına reaksiyada bildiribdir ki, Vaşinqton bu dənizdə gərginliyi artırmaqda və regional həmrəyliyi zəiflətməkdədir. Buna görə, region ölkələri Amerikanın təfriqəsalmaları qarşısında sayıq olmalıdırlar.

Çin, Vyetnam, Filippin, Tayvan, İndoneziya, Malayziya və Bruney neft və qaz ehtiyatları ilə aşıb-daşan Cənubi Çin dənizindən geniş bir hissənin mülkiyyəti barədə fikir ayrılığına malikdirlər.

Amerika da Cənubi Çin dənizi məsələlərinə qarışmaqla regionda gərginlik yaratmaq və ixtilaf salmaq niyyətindədir.

 

Teqlər