İyul 30, 2020 08:48 Asia/Baku
  • Ərəfə günü; dua və günahların bağışlanması günü

Bu gün, zihəccə ayının doqquzu, Ərəfə günü, dua və ibadət günü, günahların bağışlanması və tövbənin qəbul edilməsi günüdür.

SəhərAzəri xəbər verir, Ərəfə islami bayramlardandır. Ərəfə gününün bir çox əməl və duaları var. Bu gündə ən yaxşı əməl, duadır.

Allah Evinin milyonlarla zəvvarı Ərəfə günündə ağ geyimdə, ləbbeyk deyə-deyə, Ərəfat çölünə yollanır. Həcc iştirakçıları gün batanadək Ərəfatda olacaq və ondan sonra Məşərulhərama doğru hərəkət edəcəklər.

Və digər bir xəbərə görə, Beytullahulhəram Kəbəsinin pərdəsi dünən gecə, hər il Məkkeye Mukərrəmədə keçirildiyi qaydada dəyişdirilibdir. Hər il zihəccə ayının doqquzunda zəvvarlar Ərəfat çölündə olarkən Kəbənin pərdəsi dəyişdirilir.

Kəbə pərdəsinin toxunuşunda 670 kiloqram qara xalis ipəkdən, həmçinin onun üzərinə Quran ayələrinin yazılması üçün 120 kiloqram qızıl və yüz kiloqram gümüş saplardan istifadə olunubdur.

Builki həcc mərasimi koronavirus pandemiyasına görə, güclü səhiyyə tədbirləri altında və sosial məsafəyə riayətlə keçirilir. Bu il həcc tarixində ilk dəfə olaraq, bütün zəvvarlar yalnız bir məkanda ehram bağlamış şəkildə həcc mərasiminə daxil olurlar. Zəvvarların sayı da ötən illərlə müqayisədə olduqca cüzi olaraq, on min nəfərə çatır ki, onların da hamısı Ərəbistan vətəndaşı və ya bu ölkədə yaşayan xaricilərdirlər.

Teqlər