İyul 31, 2020 09:48 Asia/Baku
  • Obama amerikalı etirazçıları yatırdığına görə, Trampı tənqid edib

Amerikanın keçmiş prezidenti Barak Obama cümə axşamı günü Tramp hökumətinin etirazçıları yatırmaq üçün federal polis qüvvələrini göndərməsini tənqid edib.

SəhərAzəri xəbər verir, Obama Amerikada qaradərililər hərəkatının rəhbərlərindən olan Con Luisin xatirə mərasimində federal məmurlardan istifadə ilə anti-rasizm etirazlarının yatırılmasını, həmçinin bu ölkənin gələcək prezident seçkiləri üçün planlar cızmaq üzrə səyləri pisləyibdir.

Amerika prezidenti Donald Trampın hökuməti son zamanlar amerikalı etirazçılara divan tutmaq üçün bu ölkənin müxtəlif şəhərlərinə federal qüvvələr göndəribdir.

Amerikanın müxtəlif şəhərləri mayın 25-dən bəri bu ölkə polisinin rasist rəftarına qarşı xalq aksiyalarının şahididirlər.

Teqlər