ABŞ-ın Nümayəndələr Palatasının üzvü təyyarə qəzasında öldü
https://azeri.sahartv.ir/news/dünya-i365384-abŞ_ın_nümayəndələr_palatasının_üzvü_təyyarə_qəzasında_öldü
Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2020 07:44 Asia/Baku
  • ABŞ-ın Nümayəndələr Palatasının üzvü təyyarə qəzasında öldü

Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.

SəhərAzəri-nin bildirdiyinə görə, hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib.

"Nyu-York Tayms"-ın yazdığına görə, ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər faciə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar.

Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.