Avq 02, 2020 08:00 Asia/Baku
  • Kərbəla Aşura günü də zəvvar qəbul etməyəcək

Kərbəla vilayətinin valisi ölkədə koronavirusun yayılmasını əsas götürərək, Məhərrəm ayının ilk on günündə xüsusilə də Aşura günündə yerli və xarici zəvvarların şəhərə buraxılmayacağını bildirdi.

SəhərAzəri-nin məlumatına görə, son günlər İraqda koronavirusun sürətlə yayılması ölkə rəsmiləri arasında ciddi narahatlıq doğurmağa başlayıb. Elə buna görə də bəzi şəhərlərdə karantin vəziyyəti elan edilib. 

Fars Nyus xəbər agentliyinin bildirdiyinə görə, yaranmış vəziyyəti əsas tutaraq, Kərbəlanın valisi, Ərəfə günündən Qədir Xum gününə qədər zəvvarların giriş-çıxışının məhdudlaşdırılmasının ardınca indid də Məhərrəm ayının yaxınlaşması ilə İmam Hüseyn(ə) zəvvarlarından Məhərrəm ayının ilk on günü xüsusilə də Aşura günü ilə bağlı səfər proqramlarını ləğv etmələrini istəyib. 

Kərbəla valisinin dediyinə görə, Məhərrəm ayının ilk 10 günündə xüsusilə də Tasua və Aşura günlərində yerli və xarici zəvvarların qəbul edilməsinə lazımi şərait yoxdur. 

Bu qərar İraq şiələrinin təqlid mərcəyi olan Ayətullah Sistaniyə koronavirusun yayılmasının önlənilməsi məqsədilə dini ayinlərin və əzadarlıq mərasimlərinin virtual qaydada keçirilməsinə dair sorğunun göndərilməsinin ardınca qəbul olunub. 

İraqda xüsusilə də Kərbəla vilayətində koronavirusun geniş yayılmasını nəzərə alaraq bu ilki Ərbəin mərasiminin də pandemiyanın və karantin rejiminin təsiri altına düşəcəyi proqnoz edilir. 

Teqlər