Lukaşenko Belarus konstitusiyasını dəyişmək niyyətindədir
https://azeri.sahartv.ir/news/dünya-i365500-lukaşenko_belarus_konstitusiyasını_dəyişmək_niyyətindədir
Belarus Prezidenti Aleksandr Lukaşenko referendum vasitəsi ilə ölkənin konstitusiyasını dəyişmək niyyətində olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2020 13:57 Asia/Baku
  • Lukaşenko Belarus konstitusiyasını dəyişmək niyyətindədir

Belarus Prezidenti Aleksandr Lukaşenko referendum vasitəsi ilə ölkənin konstitusiyasını dəyişmək niyyətində olduğunu bildirib.


SəhərAzəri “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun seçkiqabağı proqramında bildirilib.
“Belarus dəyişib, biz də dəyişmişik. Ölkənin taleyinə görə məsuliyyəti belarusların öz üzərinə götürməsi açıq-aydındır. Bu məsuliyyətin dərəcəsini xalq özü küçə və meydanlarda deyil, qanun əsasında müəyyənləşdirəcək. Gəlin konstitusiyadan başlayaq”, - o, proqramında yazıb. 
A.Lukaşenko-nun fikrincə, belaruslar ümumxalq müzakirəsi zamanı öz hüquqlarını, azadlıq və vəzifələrini, eləcə də dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirəcək.
Məlumata görə, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. A.Lukaşenko yenidən prezident olmaq üçün 6-cı dəfə namizədliyini irəli sürüb.