Avq 06, 2020 10:31 Asia/Baku
  • Bu gün Hiroşima faciəsinin 75-ci ildönümüdür

Yaponiya bu gün baş verməsindən təkcə neçə ay sonra təxminən 140 min insanın ölümünə səbəb olan dəhşətli Hiroşima faciəsinin 75 illiyini qeyd edir.

SəhərAzəri xəbər verir, anım mərasimi “Hiroşima Sülh Memorialı” məkanında yerli vaxtla saat 8:15-da, ilk atom bombasının bu şəhərə düşməsilə eyni zamanda və hadisə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Koronavirus pandemiyası ilə əlaqədar mindən az yəni ildəki iştirakçıların yalnız ondan biri mərasimə qatılıb. İştirakçılar qara paltarda maska taxıb və bri-birindən fasiləli əyləşiblər. Həmçinin mərasim bütün xalqın onda iştirak edə bilmədiyi üçün İnternet vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı ABŞ ilk atom bombasını 6 avqust 1945-ci ildə Hiroşima şəhərinə atıb, onun nəticəsində bu şəhər tamamilə dağılıb, 1945-ci ilin sonunadək çoxu mülki olan və şəhər əhalisinin 40 faizini təşkil edən təxminən 140 min nəfər həyatını ititrib. Bu faciədən üç gün sonar ABŞ ikinci atom bombasını Naqasaki şəhərinə atıb ki təkcə həmin il 74 min insanın həyatına son qoyub. Yaponiya bu hadisədən neçə gün sonra yəni 1945-ci ilin 15 avqust tarixində təslim olduğunu elan edib. 

 

Teqlər