Avq 07, 2020 08:57 Asia/Baku
  • BVF dünya ictimaiyyətini Livana yardıma çağırıb

Beynəlxalq Valyuta Fondu dünya ictimaiyyətini Livana kömək etməyə çağırıb,

SəhərAzəri xəbər verir, Beynəlxalq Valyuta Fondunun direktoru dünən gecə bir bəyanatda dünya ictimaiyyətinin və Livanla dost ölkələrin Beyrut limanında baş vermiş partlayışa görə, bu ölkəyə yardım etmələrini istəyib.

Kristalina Georgiyeva bu bəyanatda deyib ki, Beynəlxalq Valyuta Fondu Livan xalqını himayə etmək üçün bütün mümkün yolları araşdırır.

Georgiyeva əlbəttə, Livan hökumətinin daxili işlərinə müdaxilə mahiyyətli bir addımda bildirib: Beyrutun iqtisadi süqutdan çıxmaq və bu ölkənin gələcəyində etimadın və məsuliyyətqəbuletmənin əsaslarını möhkəmləndirmək üçün ciddi proqram tətbiq etməsi zərurət daşıyır.

May ayında da Livan hökuməti bu ölkənin iqtisadi problemləri və koronavirus pandemiyası ilə bağlı maliyyə yardımları almaq üçün Beynəlxalq Valyuta Fondu ilə müzakirələrə girmişdi, lakin bu fond Livan hökumətinə yardımın göstərilməsini həmin ölkədə iqtisadi islahatların aparılması ilə şərtləndirmişdi.

Georgiyevanın sözləri Beyrut valisi Mərvan Əbudun bu şəhərdə baş vermiş partlayışdan irəli gələn xəsarətləri 10-15 milyard dollar elan etməsindən sonra söylənibdir.

Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında güclü partayış baş verdi. Son statistikalara görə, həmin hadisədə ölənlərin sayı 157, yaralıların miqdarı isə təqribən beş min nəfərə çatıbdır.

Teqlər