Avq 07, 2020 09:09 Asia/Baku
  • Trampdan Baydenə: Elə səhv etdin ki...

ABŞ Prezidenti Donald Tramp qarşıdakı seçkilərdə rəqibi Co Baydeni afroamerikalıları təhqir etməkdə ittiham edib.

SəhərAzəri Axar.az-a istinadla xəbər verir, Tramp Baydenin təhqiredici tonda çıxış etdiyini bildirib.

“Bu gün səhər Co Bayden onları tamam alçaldıb və təhqir edib. Onun dedikləri inanılmazdır. Onunla nə baş verəcəyini bilmirəm, lakin o, olduqca təhqiredici çıxış edib”, - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, afroamerikalı jurnalistin koqnitiv (dissonans) testindən keçib-keçməməsi barədə sualı Baydeni olduqca qıcıqlandırıb. O, jurnalistin sualını sərt şəkildə cavablandırıb, ondan narkoman olub-olmamasını soruşub.

Teqlər