Avq 07, 2020 12:49 Asia/Baku
  • “Xəzər canavarı” meydan oxuyur

Mediada "Xəzər canavarı"nın (Qərbdə bu ekranoplanı böyük ölçülərinə və fantastik zahiri görünüşə görə belə adlandırıblar) dirçəlişi fəal şəkildə müzakirə olunur. Nə ABŞ-ın "National Interest", nə də Çinin "Sohu" nəşri mövzudan yan keçib.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir, Elmi-texnoloji və istehsalat bazası mövcuddur – Rusiya çoxməqsədli ekronoplanların inkişafında Qərb ölkələrini xeyli qabaqlayıb. Belə ki, "Lun" hələ 29 il əvvəl yaxşı uçurdu və raket atışlarını həyata keçirirdi.
Qeyd edək ki, Ekranoplanlar SSRİ donanması üçün düşmən gəmilərini məhv etməyin vasitəsi kimi yaradılıb. "Lun" ekranoplanının ilk uçuşu 1985-ci ildə baş tutub.

Ağır döyüş ekranoplanları yaxın zamanlarda Rusiyanın Hərbi Dəniz Qüvvələrinə qayıdacaq – ən yeni variantda, qanadlı raketlərlə. Onlar həm doğma sahillər yaxınlığında, həm də planetin ən ucqar regionlarında, istənilən iqlim şəraitində, baza infrastrukturu olmadan fəaliyyət göstərə biləcəklər.
Dünyada yeganə Rusiya istehsalı olan "Lun" raketli ekranoplanı iyulun 31-də Kaspiysk şəhərindən Dərbəndə yola düşüb.

34 il bundan əvvəl Nijni Novqorodda istehsal edilmiş "Lun" ekranoplanı uzun müddət sınaqdan keçirildikdən sonra 1991-ci ildə sınaq istismarı üçün Xəzər Donanmasına təhvil verilib. "Lun" ekranoplanı 903 layihəsi çərçivəsində qalan yeganə ekranoplandır. Amma ekranoplanlar tarixə qovuşmadılar.
Yüksək sürəti (500 km/saat) və aşağı uçuş hündürlüyü (7-10 metr) sayəsində, raket daşıyıcı ekranoplanlar minlərlə kilometr məsafəni radara görünmədən qət edərək gözlənilməz istiqamətlərdən düşmənin hərbi-dəniz bazalarına və ya təyyarə hücum qruplarına yaxınlaşa və zərbə vura bilər.
Yeni ekranoplanlar hərbi dəniz donanmasının döyüş imkanlarını genişləndirməyə imkan verəcək. Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Donanmasının Gəmiqayırma İdarəsinin rəisi, 1-ci ranq kapitanı Vladimir Tryapiçnikov bəyan edib ki, ekranoplanların inkişafı 2050-ci ilədək gəmi tikintisi proqramına daxil ediləcək. Rusiya Müdafiə Nazirliyi yeni ekranoplanların yaradılması üçün taktiki-texniki tapşırıq formalaşdırıb, təcrübə-konstruktor işləri aparılır. İlkin məlumatlara görə, yeni ekranoplan 2022-ci ildə havaya qalxacaq.

Teqlər