Avq 08, 2020 07:50 Asia/Baku
  • Hindistanda təyyarə qəzası, ölənlər var

Hindistanda təyyarə qəzasında ölənlərin sayı 20 nəfərə çatıb, 140 nəfər xəsarət alıb

SəhərAzəri bildirir ki, Hindistanın "Air India Express" hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb. "Hindustan Times" nəşri məlumat yayıb.

Hindistanın Mülki Aviasiya İdarəsinin yaydığı məlumatda bildirilir ki, hadisə yerinə təcili tibbi yardım briqadası və yanğınsöndürənlər cəlb edilib.

“Flightradar24” xəbər portalının məlumatına görə, qəza enişi edən “Boeing 737” Hindistana Dubaydan (BƏƏ) uçuş həyata keçirib.  

“Airfleets” portalı təyyarənin 13 il əvvəl istehsal edildiyini açıqlayıb.

Məlumata görə, təyyarə əlverişsiz hava şəraitində eniş edib.

Uçuş pandemiya zamanı Hindistan vətəndaşlarının xaricdən qayıtması proqramı çərçivəsində həyata keçirilib. 

Teqlər