Avq 08, 2020 14:04 Asia/Baku
  • Livan xarici işlər naziri S.H. Nəsrullahın çıxışını alqışlayıb

Livanın xarici işlər naziri Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullahın çıxışını alqışlayıb.


SəhərAzəri bildirir ki, Seyyid Həsən Nəsrullah dünən gecə Beyrut limanında baş vermiş son partlayış ilə bağlı Hizbullahın bu partlayışda əlinin olmasına dair iddiaları rədd edib. O, Livan hökumətinə son böhrandan çıxış istiqamətində yaranmış fürsətdən istifadə etməsini tövsiyə edib.

Livanın xarici işlər naziri Şerbel Vəhbə dünən gecə deyib ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullahın son şəraitdən çıxış istiqamətində yaranmış fürsətdən istifadə barədəki sözlərinə müsbət yanaşır.

Vəhbə sonra deyib: Livan xaric ilə əlaqələrinin yaxşılaşdırılmasında bütün fürsətlərdən istifadə edəcək və o, ötən iki gün ərzində otuz xarici işlər naziri ilə söhbət edib və onların hamısı onunla görüşə hazır olduğunu bildiribdir.

Livanın xarici işlər naziri belə qeyd edib: Hal-hazırda Livan hökumətinin prioriteti, partlayış məkanında xilasetmə və yardıma səy göstərməkdir.

Vəhbə son Beyrut partlayışı ilə bağlı həqiqətlərin üzə çıxarılması üzrə təhqiqat prosesi barədə isə belə deyib: Ehtimal olunur ki, qarşıdakı günlərdə təhqiqatın nəticələri məlum olacaq və məhkəmə aparatı lazım olarsa, təhqiqat prosesində xarici ölkələrin təcrübələrindən istifadə etmək ixtiyarına malikdir.

Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında yerləşən pirotexniki maddələr anbarlarından birində geniş yanğının baş verməsinin ardınca ammonium nitrat saxlanılarn yaxınlıqdakı anbarlarda güclü partlayış baş verdi. Həmin hadisə nəticəsində 150 nəfərdən çox insan həyatını itirib, təqribən beş min nəfər də yaralanıbdır.

Teqlər