Avq 08, 2020 20:41 Asia/Baku
  • Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb

Avqustun 4-ü Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Sahar Azari bildirir ki, Beyrutda baş vermiş partlayışda ölənləin sayı 158 nəfərə çatıb, 6 mindən artıq insan xəsarət alıb.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev və bina dağılıb və ya zərər görüb, 300 mindən artıq insan evsiz qalıb. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

Teqlər