Avq 08, 2020 20:55 Asia/Baku
  • Beyrutda iğtişaş

Beyrutda nümayişçilərlə polis arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Sahar Azari bildirir ki, Livanın paytaxtı Beyrutda nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Livan polisinin nümayiş iştirakçılarını dağılışmağa məcbur etmək üçün gücdən istifadə etməsi qarşıdurma ilə nəticələnib, xəsarət alanlar var. 

Beyrut sakinləri Livan hökumətinin son partlayış hadisəsinin ardınca yaranan böhranın idarə edilməsindəki bacarıqsızlığına etiraz olaraq aksiya keçirib, hökumətin buraxılmasını istəyiblər. 

İRNA-nın məlumatına görə nümayiş iştirakçıları Livanın Xarici İşlər Nazirliyi və Parlament binasını ələ keçirməyə çalışıblar. 

Buna mane olmaq istəyən təhlükəsizlik qüvvələri nümayiş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər. 

Qəzəblənmiş livanlılar hökumətin Beyrutdakı partlayış kimi hadisələrin önlənilməsi və böhranların həlliindəki bacarıqsızlığına etiraz olaraq bu gün günortadan sonra paytaxtın mərkəzi meydanlarından birində bir araya gəliblər. Nümayiş iştirakçıları partlayışa görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb eməklə yanaşı, hazırkı hökumətin istefa verməsini istəyiblər. 

Əl-Cəzirə informasiya kanalı Beyrutda aksiya iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmada onlarla nəfərin yaralandığını bildirir. 

Təhlükəsizlik qüvvələri qəzəblənmiş kütlənin Parlament binasına daxil olmasına mane olmağa çalışırlar. 

Teqlər