Avq 08, 2020 21:23 Asia/Baku
  • Rusiyanın Livandakı səfiri: ABŞ-ın sanksiyaları Hizbullahı gücləndirir

Rusiyanın Livandakı səfiri ABŞ-ın Hizbullahı zəiflətmək məqsədilə sanksiyalar tətbiq etməsinin Hizbullahı daha da gücləndirdiyini dedi.

Sahar Azari bildirir ki, Rusiyanın Livandakı səfiri Aleksandır Zasipkin ABŞ-ın Hizbullahı zəiflətmək üçün Livana təzyiq göstərmək ardınca olduğunu, amma, bunun Hizbullahı daha da gücləndirdiyini dedi. 

Aleksandır Zasıpkin ABŞ-ın Hizbullahı zəiflətmək üçün tətbiq etdiyi sanksiyaların təsirsiz olduğunu deyib: "Vaşinqton təzyiq göstərməklə Hizbullahı zəiflətmək istəyir. Amma, bu təsirsizdir. Çünki, Hizbullahın bank hesabları  yoxdur. Buna görə də söhbət sadəcə Hizbullah ilə əlaqədə olan şəxslər və təşkilatlardan gedə bilər. Bəzən də Hizbullahın siyasi müttəfiqlərinə qarşı təzyiqdən söz açılır. 

Rusiya səfiri əlavə edib: Çox güman ki, ABŞ-ın təzyiqləri Livan xalqının ümumi vəziyyətinin pisləşməsinə səbəb olsun. Amma, bu sanksiyalar Hizbullahı daha da güclü edəcək.

ABŞ son zamanlar Livanda Hizbullah ilə əlaqəsi olan şəxslərə və qrumlara qarşı sanksiyalar tətbiq edib. 

Teqlər