Avq 09, 2020 08:49 Asia/Baku
  • Beyrut iğtişaşlarında xəsarət alanların sayı 728 nəfərə çatıb

Livanın paytaxtı Beyrutda iğtişaşlar zamanı xəsarət alanların sayı artıb.

Sahar Azari bildirir ki, Livanın paytaxtı Beyrut şəhərində hökumətə qarşı etiraz aksiyaları zamanı 728 nəfər xəsarət alıb, 19 etirazçı saxlanılıb.

Bundan əvvəl 70-i polis əməkdaşları olmaqla 490 nəfərin xəsarət aldığı bildirilmişdi.

Ən son məlumata görə Beyrutun mərkəzi hissələrində kütləvi iğtişaşlardan sonra nisbi sakitlik yaranıb, vəziyyət normallaşmağa başlayıb.

Bu barədə Livanın  “Lebanon 24” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar. Etirazçılar paytaxt limanında baş verən partlayışla əlaqədar beynəlxalq araşdırma aparılmasını tələb edirlər. Nümayişçilər arasında çox sayda gənc, qadın və uşaqlar da var. Daha sonra etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

Teqlər