Avq 10, 2020 07:38 Asia/Baku
  • Belarusda prezident seçkiləri

Belarusda keçirilən prezident seçkilərində seçici fəallığı 84,05 faiz təşkil edib.

Sahar Azari bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildiriblər.

Bu arada Belarusda keçirilən prezident seçkilərində qapalı məntəqələrin səslərinin hesablanması başa çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Belarusun Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.

Onun sözlərinə görə, 28 628 Belarus vətəndaşı (qapalı məntəqələrdə səs verən seçicilərin 81,35 faizi) Aleksandr Lukaşenkoya, 2 848 vətəndaş (8 faiz) Svetlana Tixanovskayaya səs verib.

MSK-nın məlumatına görə Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko beş regionun səsvermələrinin nəticələrinə əsasən seçkilərdə liderdir.

Onun sözlərinə görə, Aleksandr Lukaşenko 82,08 faiz, onun rəqibi Svetlana Tixanovskaya isə 6,98 faiz səs toplayıb.

Məlumata əsasən, Brest vilayətində seçici fəallığı 91,97 faiz, Vitebsk vilayətində - 82,73 faiz, Qomel vilayətində -89,91 faiz, Qrodnen vilayətində - 88,81 faiz, Misk vilayətində -84,53 faiz, Moqilevsk vilayətində - 90,44 faiz, Minsk şəhərində isə - 66,10 faiz olub.

Qeyd edək ki, 2015-ci ildə Belarusda keçirilən seçkilər zamanı seçici fəallığı 87,22 faiz olub. Seçicilərin 83,5 faizi Aleksandr Lukaşenkoya səs verib.

Teqlər