Amerikanların yarısından çoxu işsiz qalacağından qorxur
Yeni bir rəy sorğusunun nəticələri göstərir ki, koronavirusun yayılması ilə amerikanların yarısından çoxu işsiz qalacağından qorxur.
SəhərAzəri xəbər verir, «Heris» araşdırma mərkəzinin bazar ertəsi günü yayılan rəy sorğusunun nəticələri göstərir ki, Amerikada koronavirusa yoluxanların sayının artması və hökumətin yardım paketinin kəsilməsi ehtimalı ilə amerikalıların 54 faizi işini itirəcəyindən və ölkəsinin iqtisadi durumunun daha da pisləşəcəyindən qorxur.
İyul ayının sonunadək 25 milyondan çox amerikalı işsiz, 600 dollar məbləğində həftəlik federal fövqəladə ödənişlərə arxalana bilərdi. Amma hazırda ödəniş şəraiti dəyişib və ehtimal üzrə himayə paketi kəsiləcəkdir.
Respublikaçılar və demokratlar bir çox məsələlər üstündə ixtilafa malikdirlər və bu ixtilafların ən böyüyündən biri, hökumətin 600 dollarlıq fövqəladə yardımının 2021-ci ilin yanvar ayınadək ödənişi məsələsidir.
Amerika prezidenti Donald Tramp da bəzi respublikaçılarla müxalifət edərək, onları hədələyib və bildiribdir ki, yeni himayə paketi barədə demokratlarla razılığa gəlməyəcəkləri təqdirdə, real addım atacaqdır.
Amerikada koronavirusun yayılması və Tramp hökumətinin zəif fəaliyyəti ilə, ABŞ prezidentinə qarşı tənqidlər artıbdır.
Amerika əmək nazirliyinin statistikaları göstərir ki, cari milad ilinin sonunadək təqribən əlli milyon amerikalı işsiz qalacaqdır.